Tailand bu il turistlərin ölkədə vizasız qalma müddətini azaltmayacaq
Tailand 2025-ci ildə xarici turistlərin, o cümlədən Rusiya vətəndaşlarının ölkədə vizasız qalma müddətini 30 günə endirməyəcək.
Fhnews.az xəbər verir ki, bu barədə Tailandın Turizm İdarəsinin rəhbəri Txapani Kiatpxaybun “Thailand Travel Mart Plus” sərgisində jurnalistlərlə görüşündə deyib.
“Zəmanət verirəm ki, bütün ölkələr üçün qaydalar eyni olacaq. Turistlərin 2025-ci ildə ölkədə vizasız qalma müddəti dəyişməyəcək. İnanıram ki, bu qayda 2026-cı ildə də dəyişməz qalacaq”, - deyə o bildirib.
Hazırda bir çox ölkələrin vətəndaşları Tailandda 60 və ya 90 gün müddətinə vizasız qala bilirlər.
Qeyd edək ki, bir müddət öncə Tailandın Baş naziri Fethonqthan Çinavat çoxlu sayda pozuntulara görə xarici turistlərin ölkədə vizasız qalma proqramına yenidən baxılmasını təklif edib.
BMT: Dünya okeanı dərin böhran içindədir...
İsveçdə antibiotiklərin istehsalı...
Qəhvə qəbulu qadınlarda sağlam qocalmaya...
Avstraliyada QİÇS-ə qarşı dərman...
Topqapı sarayından 200 illik Kəbə...