FHN-in Aran Regional Mərkəzi “Gənc xilasedici və yanğınsöndürən” XII Ümumrespublika yarışlarının zona birinciliyini keçirib
Fövqəladə Hallar Nazirliyinin Aran Regional Mərkəzində “Gənc xilasedici və yanğınsöndürən” XII Ümumrespublika yarışlarının zona birinciliyi keçirilib.
Fövqəladə Hallar Nazirliyinin təşkilatçılığı, Elm və Təhsil, eləcə də Gənclər və İdman nazirliklərinin dəstəyi ilə keçirilən birinciliyin əsas məqsədi şagirdlərin fövqəladə hallara hazırlıqla bağlı fiziki və intellektual səviyyəsinin yoxlanılması, məktəblilərdə fərdi və ictimai təhlükəsizliyə məsuliyyətli yanaşma hissinin artırılması və yetişməkdə olan gənc nəslin nümayəndələrinə sağlam həyat tərzinin aşılanmasından ibarətdir.
Dövlət Himninin səsləndirilməsi ilə başlanan tədbiri giriş sözü ilə açan Aran Regional Mərkəzinin rəisi polkovnik-leytenant Ramin Orucov yarışın əhəmiyyətindən danışıb, iştirakçılara uğurlar arzulayıb.
Keçirilən yarışda Aran Regional Mərkəzinin əhatə etdiyi şəhər və rayonların təhsil müəssisələri iştirak ediblər.
Yarış “Kombinə edilmiş yanğın estafeti”, “Komandaların təqdimatı” və “Gənc ekspertlər” adlı üç mərhələdən ibarət olub.
Gərgin mübarizə şəraitində keçən yarışların yekunlarına əsasən, Yevlax şəhəri, Nizami adına 7 saylı tam orta məktəbinin komandası I yerə, Naftalan şəhəri, İ.Nəsimi adına 1 saylı tam orta məktəbinin komandası II yerə, Mingəçevir şəhər Y.Muradov adına 11 saylı tam orta məktəbinin komandası isə III yerə layiq görülüb.
Qeyd edək ki, qalib komanda “Gənc xilasedici və yanğınsöndürən” yarışlarının respublika birinciliyində iştirak etmək hüququ qazanıb.
Su ehtiyatlarının idarə olunmasında...
Bayramla bağlı 135 ünvanda qurbanlıq...
Tərtərdə şəhid ailələrinə və aztəminatlı...
DİN: Bank kartı məlumatlarının naməlum...
Şamaxı və Xızıda zəlzələ olub...