7 iyun 2025, şənbə Bakı, 22°C
IMG-LOGO

“Təmiz Şəhər” ASC-nin təşəbbüsü keçiriləcək yeni sosial layihə təqdim olunub

06-06-2025
IMG

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin təşkilatçılığı ilə Samur-Yalama Milli parkında 5 iyun Ümumdünya Ətraf Mühitin Mühafizəsi gününə həsr olunan “Plastikdən istifadəni azaldaq: Yerli səylər, qlobal təsirlər” mövzusunda tədbir keçirilib.

Fhnews.az xəbər verir ki, tədbir çərçivəsində “Təmiz Şəhər” ASC-nin təşkilatçılığı, Ekologiya və Təbii Sərvətlər Nazirliyi, DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzi, “Yapı Kredi Bank Azərbaycan”, “Global Media Group”, “Araz” supermarketlər şəbəkəsi, “ECOhub” və Azərbaycan Jurnalistlər Şəbəkəsi İctimai Birliyinin dəstəyi ilə baş tutacaq “Card to ART” (Kartdan sənətə) sosial layihəsinin təqdimatı olub. İstifadə müddəti başa çatan və yararsız plastik kartların təbiətə atılmasının qarşısını almağa xidmət edən layihənin məqsədi fəaliyyətində plastik kartlardan istifadə edən tərəfləri bir araya gətirərərk ətraf mühitin mühafizəsinə töhfə verməkdir.

Statistik məlumatlara görə Azərbaycanda təxminən 16 milyon, dünyada isə 30 milyarddan çox plastik kart insanların istifadəsindədir. Bu kartların istifadə müddəti bitdikdə tullantıya çevrilərək ətraf mühitə mənfi təsir göstərir. Bu növ tullantıların çürüyüb torpağa qarışması yüz illərlə vaxt tələb edir. “Card to ART” (Kartdan sənətə) sosial layihəsi bu problemin qarşısını müəyyən səviyyədə almağa yönəlib.

Layihə çərçivəsində müxtəlif məkanlarda yerləşdiriləcək xüsusi qutularda toplanacaq plastik kartlar yaradıcı şəxslərə yönləndiriləcək və onların toxunuşu ilə müxtəlif sənət əsərlərinə çevriləcək. Hazırlanmış incəsənət nümunələri Heydər Əliyev Fondunun təşəbbüsü ilə yaradılan “Tullantıdan Sənətə” muzeyində təşkil ediləcək “Card to ART” sərgisində ziyarətçilərə təqdim olunacaq.

Ənənəvi olaraq hər il keçirilməsi nəzərdə tutulan “Card to ART” sosial layihəsi davam etdiyi müddət ərzində xidmətində plastik kartdan istifadə edən bütün tərəflər layihəyə qoşula və korporotiv məsuliyyət proqramına uyğun dəstək verə bilərlər.

Paylaş: