7 iyun 2025, şənbə Bakı, 21°C
IMG-LOGO

Azərbaycanda sabaha olan hava proqnozu açıqlanıb

06-06-2025
IMG

Azərbaycanda iyunun 7-nə olan hava proqnozu açıqlanıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən bildiriblər ki, Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.

Lakin iyunun 6-dan 7-nə keçən gecə və axşam bəzi yerlərdə arabir yağış yağacağı, şimşək çaxacağı ehtimalı var. Cənub-qərb küləyi axşam mülayim şimal-qərb küləyi ilə əvəz olunacaq. Havanın temperaturu gecə 18-20° isti, gündüz 25-30° isti olacaq. Atmosfer təzyiqi 763 millimetr civə sütunu təşkil edəcək. Nisbi rütubət gecə 50-60 faiz, gündüz 40-45 faiz olacaq.

Azərbaycanın rayonlarında bəzi yerlərdə arabir yağış yağacağı, şimşək çaxacağı gözlənilir. Ayrı-ayrı yerlərdə leysan xarakterli intensiv olacağı, dolu düşəcəyi, yüksək dağlıq ərazilərdə qara keçəcəyi ehtimalı var. Axşam əksər rayonlarda tədricən kəsiləcək. Gecə və səhər bəzi yerlərdə zəif duman. Mülayim şərq küləyi əsəcək. Havanın temperaturu gecə 16-20° isti, gündüz 26-30° isti, dağlarda gecə 5-10° isti, gündüz 15-20° isti olacaq.

Paylaş: