AMEA-nın rəhbərliyi Laçında keçirilən “MDB-nin mədəniyyət paytaxtı – 2025” tədbirlərində iştirak edib
AMEA-nın prezidenti akademik İsa Həbibbəyli Mədəniyyət Nazirliyi və Laçın rayonunda Prezidentin xüsusi nümayəndəliyinin təşkilatçılığı ilə Laçın şəhərində keçirilən “MDB-nin mədəniyyət paytaxtı – 2025” ilinin tədbirlərində iştirak edib.
Fhnews.az xəbər verir ki, tədbir çərçivəsində “Mədəniyyətlərarası əməkdaşlıq: dayanıqlı inkişaf yolu kimi” və “Qarabağ və Şərqi Zəngəzurun təbii ehtiyatları” mövzularında dəyirmi masalar təşkil olunub. “Qarabağ və Şərqi Zəngəzurun təbii ehtiyatları” mövzusunda dəyirmi masa İsa Həbibbəylinin moderatorluğu ilə keçirilib.
Qeyd edək ki, MDB Humanitar Əməkdaşlıq Şurasının 2024-cü ilin 8 oktyabr tarixli qərarına əsasən, Azərbaycanın Şərqi Zəngəzur bölgəsinin Laçın şəhəri 2025-ci ildə “MDB-nin mədəniyyət paytaxtı” elan olunub.
AMEA-nın rəhbərliyi Laçında keçirilən...
Qarabağ Universitetində AMEA Rəyasət...
Ümumi orta təhsil səviyyəsi üzrə aprelin...
Qara dəliklər təbii kosmik...
“Təbii fəlakətlər, ekoloji problemlər və...