Kanadada meşə yanğınları davam edir
Kanadanın qərb və mərkəzi əyalətləri kütləvi meşə yanğını ilə mübarizə aparır. Sürətlə irəliləyən alov səbəbindən bəzi bölgələrdən 31 mindən çox insan təxliyə edilib. Artan tüstü ABŞ-nın Minnesota, Viskonsin və Miçiqan ştatlarına qədər yayılıb. Tüstünün hündürlüyü metrlərə çatıb, hətta qonşu ölkələrə də təsir etməyə başlayıb. Küləyin də təsir etdiyi yüksələn tüstü səbəbindən ABŞ-nın Minnesota, Viskonsin və Miçiqan ştatlarının bəzi yerlərində havanın çox çirkləndiyi bildirilir və sakinlərə maska taxmadan çölə çıxmamaq barədə xəbərdarlıq edilib. Avropa İqlim Xidməti Kanadadakı yanğınlardan çıxan tüstünün Yunanıstana və Şərqi Aralıq dənizinə çatdığını, lakin indiyədək səth havasının keyfiyyətinə təsir etmədiyini açıqlayıb. Alimlərin fikrincə, bu qədər tüstünün reaktiv axınlarla Atlantik okeanı üzərindən keçməsi yanğınların nə qədər böyük olduğunu göstərir.
Türkiyənin geoloji irsinə namizəd: Meke...
Dünyanın ən hündür dəmir yolu körpüsü...
Qvatemalada Fueqo vulkanı püskürüb...
Çilidə 6,4 bal gücündə zəlzələ baş verib...
BMT: Dünya okeanı dərin böhran içindədir...