7 iyun 2025, şənbə Bakı, 20°C
IMG-LOGO

Çilidə 6,4 bal gücündə zəlzələ baş verib

06-06-2025
IMG

Cənubi Amerika ölkəsi Çilinin Atakama bölgəsində 6,4 bal gücündə zəlzələ baş verib. ABŞ Geoloji Xidməti (USGS) 6,4 bal gücündə zəlzələnin episentrinin Atakama əyalətinin Dieqo de Almaqro qəsəbəsindən 52 kilometr cənub-qərbdə olduğunu açıqlayıb.Zəlzələnin yerin təxminən 76,6 kilometr dərinliyində baş verdiyi bildirilir.

Zəlzələdən sonra sunami xəbərdarlığı edilməyib, ilkin məlumatlara görə, can və mal itkisi olmayıb.

Dünyada ən yüksək seysmik aktivliyə malik ölkələrdən biri olan Çili Sakit Okeanın Zəlzələ Kəmərində yerləşir və “Alov halqası” kimi də tanınır.

Paylaş: