Xankəndidə keçirilən əmək yarmarkasında Xocalı üzrə vakansiyalar təqdim olunub
Böyük Qayıdış proqramına uyğun olaraq, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyi işğaldan azad olunmuş ərazilərdə aktiv məşğulluq tədbirlərini davam etdirir.
Nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata görə, Xankəndidə keçirilən növbəti əmək yarmarkasında Xocalı rayonu üzrə mühasib, traktorçu, baytar, təmirçi-çilingər, mexanik və digər iş yerlərinə dair vakansiyalar təqdim olunub.
Yarmarkada iştirak edən sakinlərə vakansiyalar və iş öhdəlikləri barədə məlumat verilib. Həmçinin vakansiyalara uyğun namizədlərin qeydiyyatı aparılıb.
Leyla Əliyevanın təşəbbüsü ilə Yevlaxda...
Bakıda Qurban bayramı münasibətilə...
“Təmiz Şəhər” ASC-nin təşəbbüsü...
Qurban bayramı: Səxavət, yardımlaşma və...
Şamaxıda zəlzələ olub...