5 iyun 2025, cümə axşamı Bakı, 22°C
IMG-LOGO

Müdafiə Nazirliyi: Ukrayna ildə 10 milyon pilotsuz uçuş aparatı istehsal edə bilər

03-06-2025
IMG

Ukrayna pilotsuz uçuş aparatları (PUA) sahəsində yeni mərhələyə qədəm qoyub. Yerli müdafiə-sənaye kompleksi hər il təxminən 10 milyon ədəd dron istehsal etmək imkanına malikdir.

Fhnews.az "RBK-Ukrayna"ya istinadla xəbər verir ki, bu barədə Sinqapurda keçirilən "Şanqri-La Dialoqu" təhlükəsizlik forumunda çıxışı zamanı Ukrayna müdafiə nazirinin müavini Aleksandr Kozenko bildirib.

O, forum iştirakçılarını Ukraynanın müdafiə-sənaye kompleksi, o cümlədən PUA istehsalı sahəsindəki imkanları ilə tanış edib. Onun sözlərinə görə, yerli istehsal olan pilotsuz uçuş aparatları digər analoqlardan xeyli ucuzdur və döyüş şəraitində artıq sınaqdan keçirilib.

“Ukrayna PUA sahəsini yeni səviyyəyə çıxarıb və həm havada, həm quruda, həm də suda innovativ həlləri inkişaf etdirir. Müharibədə əldə olunan təcrübəni nəzərə alaraq, Ukrayna hazırda dronlardan istifadə ilə bağlı doktrinal dəyişikliklər yazır”, – deyə Kozenko qeyd edib.

Paylaş: