6 iyun 2025, cümə Bakı, 23°C
IMG-LOGO

FHN-in Cənub Regional Mərkəzi “Gənc xilasedici və yanğınsöndürən” XII Ümumrespublika yarışlarının zona birinciliyini keçirib

04-06-2025
IMG

Fövqəladə Hallar Nazirliyinin Cənub Regional Mərkəzində “Gənc xilasedici və yanğınsöndürən” XII Ümumrespublika yarışlarının zona birinciliyi keçirilib.

Fövqəladə Hallar Nazirliyinin təşkilatçılığı, Elm və Təhsil, eləcə də Gənclər və İdman nazirliklərinin dəstəyi ilə keçirilən birinciliyin əsas məqsədi şagirdlərin fövqəladə hallara hazırlıqla bağlı fiziki və intellektual səviyyəsinin yoxlanılması, məktəblilərdə fərdi və ictimai təhlükəsizliyə məsuliyyətli yanaşma hissinin artırılması və yetişməkdə olan gənc nəslin nümayəndələrinə sağlam həyat tərzinin aşılanmasından ibarətdir.

Dövlət Himninin səsləndirilməsi ilə başlanan tədbiri giriş sözü ilə açan Cənub Regional Mərkəzinin rəisi polkovnik Müsəddiq Əsədov yarışın əhəmiyyətindən danışıb, iştirakçılara uğurlar arzulayıb.

Keçirilən yarışda Cənub Regional Mərkəzinin əhatə etdiyi şəhər və rayonların təhsil müəssisələri iştirak ediblər.

Yarış “Kombinə edilmiş yanğın estafeti”, “Maneələr zolağı” və “Komandaların təqdimatı” adlı üç mərhələdən ibarət olub.

Gərgin mübarizə şəraitində keçən yarışların yekunlarına əsasən, Lənkəran şəhər R.Məmmədov adına 5 nömrəli tam orta məktəb I yerə, Astara şəhər Z.Bünyadov adına 2 nömrəli tam orta məktəb II yerə, Lerik rayonu E.Səfərov adına Çayrud kənd tam orta məktəbi isə III yerə layiq görülüb.

Qeyd edək ki, qalib komanda “Gənc xilasedici və yanğınsöndürən” yarışlarının respublika birinciliyində iştirak etmək hüququ qazanıb.

Paylaş: