Havaya normadan artıq tullantı atan ictimai-iaşə obyektləri cərimələnib
Bakı şəhərində fəaliyyət göstərən ictimai-iaşə obyektlərində 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi və Ətraf Mühitin Çirklənməsinin Monitorinq Qrupunun əməkdaşları tərəfindən son bir həftə ərzində keçirilən monitorinqlər zamanı "Mega Palace", "Bəyaz Saray", “Fəridə” şadlıq saraylarından, "İmperator", "Kənd Qəbələ", "Niaqara", "Qədim Bərdə”, "Çinaraltı Kabab", "Qoca Çinar" və "Lüks Dönər" restoranlarından havaya normadan artıq tullantı atıldığı müəyyən edilib.
Fhnews.az xəbər verir ki, bu barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat katibi İradə İbrahimova məlumat verib.
O bildirib ki, faktlarla bağlı həmin obyektlərin məsul şəxsləri barəsində protokol tərtib olunaraq hər birinin 2 min 500 manat məbləğində cərimə edilməsi ilə bağlı qanunamüvafiq tədbirlər görülür.
Qarabağ “DOST Evi” filialı ağacəkmə...
Ölkəyə idxal olunan toxumluq kartof...
Sel suları Bakı-Şamaxı yolunda...
Fövqəladə Hallar Nazirliyi tərəfindən...
Elektron Təhlükəsizlik Xidməti yeni...