Qazaxıstan ən çox qızıl ehtiyatına malik 20 ölkə sırasına daxil olub
Son 10 ildə Qazaxıstanda qızıl filizi hasilatı 2,2 dəfə artıb.
Fhnews.az “Kazinform”a istinadla xəbər verir ki, bu barədə Qazaxıstanın sənaye və tikinti nazirinin müavini İran Şarhan bildirib. O qeyd edib: “Qiymətli metallar sadəcə bir əmtəə deyil, onlar iqtisadi və siyasi gücün alətidir”.
Nazir müavininin sözlərinə görə, Qazaxıstan bir sıra metallar üzrə dünyada aparıcı ölkələr sırasında yer alır. O vurğulayıb: “Bu gün fəxrlə deyə bilərik ki, biz uzun illər titan, mis, alüminium, sink və qurğuşun, ferroərintilər, o cümlədən berillium, tantal və niobium kimi metalların istehsalı və tədarükü üzrə dünya bazarında əsas oyunçu olmuşuq. Son 10 ildə qızıl filizi hasilatı 2,2 dəfə, təmizlənmiş qızıl istehsalı isə 2 dəfə artıb. Bu, Qazaxıstana ən çox qızıl ehtiyatına malik 20 ölkə sırasına daxil olmağa imkan verib”.
Qəhvə qəbulu qadınlarda sağlam qocalmaya...
Avstraliyada QİÇS-ə qarşı dərman...
Topqapı sarayından 200 illik Kəbə...
Kanadada meşə yanğınları davam edir...
Qazaxıstanda çəyirtkələrin yayılma...