6 iyun 2025, cümə Bakı, 22°C
IMG-LOGO

Qeyri-sabit hava şəraiti davam edir – FAKTİKİ HAVA

03-06-2025
IMG

Milli Hidrometeorologiya Xidmətinin iyunun 3-ü saat 10:00-a olan məlumatına əsasən ölkə ərazisində qeyri-sabit hava şəraiti davam edir. Bir sıra ərazilərdə külək əsir, bəzi bölgələrdə yağış yağır.

Bu barədə xidmətdən bildirilib.

Qeyd edilib ki, küləyin maksimal sürəti Bakıda və Abşeron yarımadasında 28, Naftalanda 22, Gəncədə 18, Altıağacda 17, Şabran, Yevlax və Bərdədə saniyədə 15 metrədək çatır.

Dənizdə dalğanın hündürlüyü 3,8 metrə çatır.

Düşən yağıntının miqdarı Daşkəsəndə 20, Gədəbəydə 9, Ağstafada 5, Şəmkirdə 4, Gəncədə 3, Naftalan, Zaqatala, Balakən, Göygöl və Tovuzda 1 millimetrdir.

Ölkə ərazisində müşahidə olunan qeyri-sabit hava şəraiti iyunun 5-dək davam edəcək.

Paylaş: