DİA-da Türkiyənin tanınmış professorları, beyin mərkəzlərinin nümayəndələri və politoloqları ilə görüş olub
İyunun 3-də Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında (DİA) Türkiyənin tanınmış universitetlərinin, media orqanlarının və tədqiqat mərkəzlərinin 10-a yaxın nümayəndəsinin iştirakı ilə “Hazırkı geosiyasi reallıqlar fonunda Azərbaycan və Türkiyə münasibətlərindəki inkişaf meyilləri” mövzusunda dəyirmi masa keçirilib.
Bu barədə DİA-dan məlumat verilib.
Dövlət İdarəçilik Akademiyasının rektoru akademik Urxan Ələkbərov Azərbaycanın dünyadakı iqtisadi və siyasi göstəricilərinə dair geniş təqdimatla çıxış edib.
Rektorun müşaviri, politoloq Zaur Məmmədovun moderatorluğu ilə keçən dəyirmi masada Milli Məclisin deputatları Hikmət Babaoğlu və Aydın Mirzəzadə, Hacettepe Universitetindən Esma Özdaşlı, Türkiyə Siyasi və Strateji Araşdırmalar Vəqfinin sədri Sinan Demirtürk, Hacettepe Universiteti Strateji Araşdırmalar Mərkəzinin müdir müavini Özlem Pınar Oran, Ankara Böhran və Siyasət Araşdırmaları Mərkəzinin sədri professor Mehmet Seyfettin Erol, Türkiyə İqtisadi Siyasətləri Araşdırma Vəqfi Orta Şərq və Orta Asya İnstitutunun direktoru Hilmi Demir, Dövlət İdarəçilik Akademiyasının dekanı Mürtəza Həsənov, Tarix kafedrasının müdiri Firdovsiyyə Əhmədova və digərləri çıxış edərək tədbirin aktuallığını vurğulayıblar.
Tədbirdə Azərbaycan və Türkiyəni narahat edən çağırışlar geniş şəkildə təhlil edilib. Dəyirmi masada 2020-ci ildən sonra formalaşan yeni geosiyasi şəraitdə bölgə ətrafındakı vəziyyətdə Azərbaycan ilə Türkiyə arasında münasibətlərin bütün sahələrdə inkişaf etdiyi qeyd olunub, ikitərəfli münasibətlərə xələl gətirmək istəyən qüvvələrin məqsədlərinə çatmayacağı vurğulanıb. Dəyişən beynəlxalq münasibətlər sistemi fonunda Azərbaycan və Türkiyə öz milli maraqlarını qarşılıqlı dəstək şəklində bundan sonra da qoruyacaqlar və həyata keçirəcəklər.
Xatırladaq ki, Türkiyədən 10 nəfərlik nümayəndə heyətinin dünəndən etibarən Azərbaycana səfərləri davam etməkdədir. İyunun 2-də qonaqlar Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzində “Yeni geosiyasi reallıqların Türkiyə-Azərbaycan münasibətləri üçün yaratdığı təhdidlər və fürsətlər” mövzusunda dəyirmi masada iştirak ediblər.
Ümumi orta təhsil səviyyəsi üzrə aprelin...
Qara dəliklər təbii kosmik...
“Təbii fəlakətlər, ekoloji problemlər və...
İRİA Təl-Əviv Universiteti ilə...
DİM-in may ayında keçirdiyi imtahanlarda...