İtaliyanın Tuscia Universitetində güclü yanğın baş verib
Paytaxt Romadan 80 kilometr şimalda Viterboda yerləşən Tuscia Universitetində bu gün yerli vaxtla saat 10:00 radələrində başlayan yanğın qısa zamanda bütün dam örtüyünü alovlandırıb. Yanğınla əlaqədar Viterboya Romadan xilasetmə qrupları göndərilib.
Universitet də daxil olmaqla geniş ərazidə təhlükəsizlik dəhlizi yaradılıb və bu ərazidəki insanlar təxliyə edilib.
Viterbo Bələdiyyəsi yerli əhalini güclü tüstü səbəbindən pəncərələrini bağlı saxlamağa çağırıb. Universitet rəhbərliyi bu gün və sabah üçün dərslərin və imtahanların tamamilə dayandırıldığını açıqlayıb.
Qəhvə qəbulu qadınlarda sağlam qocalmaya...
Avstraliyada QİÇS-ə qarşı dərman...
Topqapı sarayından 200 illik Kəbə...
Kanadada meşə yanğınları davam edir...
Qazaxıstanda çəyirtkələrin yayılma...