Böyükşor-Pirşağı yolunda hərəkət istiqaməti müvəqqəti dəyişdiriləcək
Böyükşor–Pirşağı yeni avtomobil yolunun 4–12-ci kilometrliyində aparılacaq tikinti işləri ilə əlaqədar hərəkət istiqaməti mərhələli şəkildə müvəqqəti dəyişdiriləcək.
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən bildirilib ki, müvəqqəti dəyişiklik iyunun 6-da saat 09:00-dan başlayaraq tikinti işləri başa çatanadək qüvvədə olacaq. Tikinti aparılan ərazidə nəqliyyatın hərəkəti əks istiqamət üzrə ikitərəfli təşkil ediləcək.
Sürücülərdən aparılan işlərə anlayışla yanaşmaları, qeyd olunan ərazidə müvəqqəti yol nişanlarının tələblərinə və yol hərəkəti qaydalarına ciddi şəkildə əməl etmələri xahiş olunur.
Su ehtiyatlarının idarə olunmasında...
Bayramla bağlı 135 ünvanda qurbanlıq...
Tərtərdə şəhid ailələrinə və aztəminatlı...
DİN: Bank kartı məlumatlarının naməlum...
Şamaxı və Xızıda zəlzələ olub...