Bakı, Sumqayıt, Abşeron və Naxçıvanda iyun ayının pensiyaları qrafikdən əvvəl ödəniləcək
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu tərəfindən iyunun 5-də Bakı və Sumqayıt şəhərləri, eləcə də Abşeron rayonu üzrə bu ayın pensiyalarının qrafikdən əvvəl ödənilməsi nəzərdə tutulub.
Dövlət Sosial Müdafiə Fondunun mətbuat xidmətindən verilən məlumata görə, Naxçıvan Muxtar Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu tərəfindən də Muxtar Respublika üzrə bu ayın pensiya ödənişinin vaxtından əvvəl həyata keçirilməsi planlaşdırılır.
Qeyd edək ki, güzəştli şərtlərlə pensiya hüququna malik şəxslərin pensiyaları bu ay da qrafik üzrə ödəniləcək.
Leyla Əliyevanın təşəbbüsü ilə Yevlaxda...
Bakıda Qurban bayramı münasibətilə...
“Təmiz Şəhər” ASC-nin təşəbbüsü...
Qurban bayramı: Səxavət, yardımlaşma və...
Şamaxıda zəlzələ olub...