6 iyun 2025, cümə Bakı, 22°C
IMG-LOGO

Təhsil müəssisələrində “İnsan hüquqları aylığı”

03-06-2025
IMG

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) tabeliyində fəaliyyət göstərən məktəblərdə ölkəmizdə elan olunan “İnsan hüquqları aylığı” ilə əlaqədar tədbirlər keçirilir.

BŞTİ-dən bildirilib ki, təhsil müəssisələrində keçirilən tədbirlərin əsas məqsədi insan hüquqlarını şagirdlər arasında təbliğ etmək, eləcə də cəmiyyətdə insan ləyaqətinə hörmətin, insan hüquqlarına əməl olunmasının zəruriliyini önə çəkməklə şagirdlərdə humanizm keyfiyyətlərini formalaşdırmaqdan ibarətdir.

Tədbirlərdə Ümummilli Lider Heydər Əliyevin Sərəncamı ilə ilk “İnsan hüquqlarının müdafiəsinə dair Dövlət Proqramı”nın təsdiq edildiyi və Prezident İlham Əliyevin Sərəncamına əsasən, hər il iyunun 18-nin respublikamızda İnsan Hüquqları Günü kimi qeyd olunduğu vurğulanır. Ənənəvi olaraq hər il mayın 18-dən iyunun 18-dək ölkədə “İnsan hüquqları aylığı”nın keçirildiyi şagirdlərin diqqətinə çatdırılır.

Həmçinin respublikamızda insan hüquqlarının qorunması ilə bağlı atılan addımlardan və bu sahədə əldə edilmiş nailiyyətlərdən bəhs olunur. Hər bir insanın öz hüquqlarını bilməsinin və cəmiyyətdə insan hüquqlarının təşviqi məsələsinin vacibliyi şagirdlərin nəzərinə çatdırılır.

Paylaş: