6 iyun 2025, cümə Bakı, 22°C
IMG-LOGO

Venesuela Bolivar Respublikasının Prezidenti Nikolas Maduro Morosdan

03-06-2025
Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə
Zati-aliləri.
 
Azərbaycan Respublikanın milli bayramı - Müstəqillik Günü münasibətilə Sizə Venesuela Bolivar Respublikasının xalqı və hökuməti adından və şəxsən öz adımdan ən səmimi təbriklərimizi çatdırmaqdan böyük şərəf duyuram.
 
Venesuela Hökuməti bu mühüm tarixdə hər iki ölkə arasında dostluq əlaqələrini dərinləşdirmək və ümumi fayda ilə nəticələnən birgə layihələr həyata keçirmək üçün Azərbaycan Hökuməti ilə həm ikitərəfli, həm də çoxtərəfli səviyyədə yaratdığımız əməkdaşlıq mexanizmlərini möhkəmləndirməyə hazır olduğunu bir daha bəyan edir.
 
Zati-aliləri, xahiş edirəm, ən yüksək hörmət və ehtiramımı qəbul edin.
 
Nikolas Maduro Moros
Venesuela Bolivar Respublikasının Prezidenti
Paylaş: