6 iyun 2025, cümə Bakı, 20°C
IMG-LOGO

Qırğızıstanın keçmiş prezidenti  həbs edilib

04-06-2025
IMG

Qırğızıstanın keçmiş prezidenti Almazbek Atambayev 2019-cu il avqustun 7-8-də Koy Taş kəndində baş vermiş hadisələrdə iştirak etməkdə, qanunsuz olaraq torpaq əldə etməkdə və qanunsuz varlanmada ittiham edilərək 11 il 6 ay müddətinə azadlıqdan məhrum edib.

Eyni iş üzrə mühakimə olunanlarla bağlı qərarını açıqlayan məhkəmə, Prezident Administrasiyasının keçmiş rəhbəri Fərid Niyazov və sabiq deputat Ravşanbek Cernbekovu 7 il 8 ay, keçmiş deputatlar İrina Karamuşkina və Asel Koduranovanı 7 il 6 ay, keçmiş deputat Meerbek Miskenbayevs və Atambayevin mühafizəçisi Sapavatıni  isə 5 il həbs cəzasına məhkum edib. Məhkəmə jurnalist Kunduz Joldubayevanın şərti olaraq azadlığa buraxılması, Atambayevin əmlakının və bütün dövlət mükafatlarının müsadirə  və ləğv edilməsi barədə qərar çıxarıb.

Paylaş: