6 iyun 2025, cümə Bakı, 22°C
IMG-LOGO

Heyvan kəsimi məntəqəsinə infotur təşkil olunub

03-06-2025
IMG

Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi Qurban bayramı ərəfəsində media nümayəndələri üçün heyvan kəsimi məntəqəsinə infotur təşkil edib.

Fhnews.az xəbər verir ki, Sabunçu rayonunda yerləşən “Azmeat” müəssisəsində təşkil olunan infoturda jurnalistlərə kəsim prosesi əyani şəkildə nümayiş etdirilib. Məlumat verilib ki, heyvan kəsimi məntəqələrində baytarlıq-sanitariya tələblərinə ciddi şəkildə riayət olunması həm işçi heyətin, həm də istehlakçıların sağlamlığının qorunmasına xidmət edir. İşçi heyət xüsusi təmiz geyimdə olmalı, alətlər dezinfeksiya edilməli, tullantılar isə sanitariya-gigiyena qaydalarına uyğun toplanıb vaxtaşırı kənarlaşdırılmalıdır.

Həmçinin bayram günlərində artan tələbat fonunda heyvan kəsimi və satışının qanunvericiliyə uyğun həyata keçirilməsinin vacibliyi barədə jurnalistlərə məlumat verilib. Bildirilib ki, bu il Naxçıvan Muxtar Respublikası da daxil olmaqla, ölkə üzrə 135 ünvanda qurbanlıq heyvanların satışı və kəsimi təşkil olunacaq. Onlardan 77-si həm kəsim, həm satış, 30-u yalnız satış, 28-si isə yalnız kəsim xidmətləri təqdim edəcək. Həmin məntəqələrdə baytarlıq nəzarətindən keçmiş və sanitar-gigiyenik tələblər gözlənilməklə kəsilmiş qurbanlıq heyvanlar əhaliyə təqdim olunacaq. Eyni zamanda, bəzi regionlarda səyyar heyvan kəsimi çadırları da fəaliyyət göstərəcək.

Paylaş: