Pakistan enerji sektorunda göstərdiyi dəstəyə görə Azərbaycana minnətdarlığını bildirib
Pakistan qaz ehtiyatlarının lokallaşdırılması prosesində göstərdiyi köməyə və dəstəyə görə Azərbaycana minnətdarlığını bildirib.
Fhnews.az xəbər verir ki, bunu Bakı Enerji Forumunda çıxışı zamanı Pakistanın federal energetika naziri (neft bölməsi) Ali Pervaiz Malik deyib.
“Son bir neçə ildə Pakistanın tədarükünün əhəmiyyətli hissəsi dost ölkələrin hesabına həyata keçirilib və ölkənin bununla bağlı təxminən 3-4 müqaviləsi var. Biz ilk növbədə, yeni müqavilələrə qoşulmazdan əvvəl çalışırıq ki, götürdüyümüz öhdəlikləri yerinə yetirək. Eyni zamanda, kəşfiyyat və hasilatı stimullaşdırmağa çalışırıq. Pakistanın ən böyük qaz istehlakçısı enerji sektoru və məişət sektorudur. Biz məişət texnikası üçün enerji səmərəliliyi standartlarını tətbiq etməyə çalışırıq”, - nazir qeyd edib.
Antiinhisar və İstehlak Bazarına Nəzarət...
Ölkədə enerji menecmenti sahəsində yeni...
Azərbaycan-Çin İqtisadi və ticarət...
“Biletim.az” portalı üzərindən onlayn...
“Yaşıl nəqliyyat”a keçid ekoloji yükü...