6 iyun 2025, cümə Bakı, 22°C
IMG-LOGO

“Biletim.az” portalı üzərindən onlayn bilet alanların sayı 2 dəfə artıb

05-06-2025
IMG

Bu ilin 5 ayı ərzində “biletim.az” portalı vasitəsilə onlayn qaydada 259 min 172 bilet əldə edilib. Bu, 2024-cü ilin müvafiq dövrü ilə müqayisədə 2 dəfədən çoxdur.

Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən (AYNA) bildirilib ki, sərnişinlər səfərlərini reallaşdıran zaman onlayn bilet alışına daha çox üstünlük verirlər.

Qeyd edək ki, “biletim.az” portalında 51 şəhər və rayona, 82 istiqamət üzrə bilet almaq mümkündür. Sistemə 326 reys olmaqla 373 nəqliyyat vasitəsi qoşulub. Onlayn bilet satışı sistemi mərhələli şəkildə sərnişindaşıma sahəsində xidmət göstərən bütün daşıyıcı və avtovağzalları əhatə edəcək.

Bayram ərəfəsində və istirahət günlərində vətəndaşların daha rahat və təhlükəsiz qaydada mənzil başına çatmaları üçün biletləri onlayn qaydada “biletim.az” portalı vasitəsilə əldə etmələri tövsiyə olunur.

Paylaş: