Ağırlıqqaldırma Federasiyasının rəsmisi "Kürmük" klubunun təlim-məşq mərkəzində olub
Azərbaycan Ağırlıqqaldırma Federasiyasının (AAF) vitse-prezidenti Firdovsi Umudov Qax rayonunda fəaliyyət göstərən "Kürmük" klubunun təlim-məşq mərkəzində olub.
Qurumdan verilən məlumata görə, klubun məşqçi müəllimləri İlkin Əfəndiyev və Ruslan Babaşov buradakı mövcud şəraitlə bağlı məlumat veriblər. Bildirilib ki, 2022-ci ildən istifadəyə verilən zalda 40-a yaxın yeniyetmə ağırlıqqaldırma idman növü ilə məşğul olur.
Firdovsi Umudov bölgələrimizdə böyük idmançı potensialının olduğunu və bu imkanlardan maksimum yararlanmağın vacibliyini diqqətə çatdırıb.
Qeyd edək ki, AAF vitse-prezidentinin yaxın günlərdə digər bölgələrə səfəri də nəzərdə tutulub.
Ağırlıqqaldırma Federasiyasının rəsmisi...
Azərbaycan boksçusu Qazaxıstanda bürünc...
Azərbaycan voleybol millisi Avropa Gümüş...
Azərbaycanın qadın cüdoçuları beynəlxalq...
Azərbaycan güləş yığmalarının Avropa...