7 iyun 2025, şənbə Bakı, 23°C
IMG-LOGO

Tərtərdə şəhid ailələrinə və aztəminatlı ailələrə bayram sovqatı paylanıb

06-06-2025
IMG

Müsəlman dünyasının mənəvi birlik və vəhdət rəmzi olan müqəddəs Qurban bayramı respublikanın hər yerində olduğu kimi, Tərtər rayonunda da xoş əhvali-ruhiyyə ilə qeyd edilir.

Fhnews.az  xəbər verir ki, bayram münasibətilə xüsusi ayrılmış kəsim məntəqəsində gigiyena qaydalarına və dini ənənələrə əməl edilməklə qurbanlıq qoyunlar kəsilib, şəhid ailələrinə, qazilərə, aztəminatlı ailələrə göndərilib.

Sakinlər bu əziz gündə onlara göstərilən maddi və mənəvi dəstəyə görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlıqlarını bildirib, Qurban bayramının xalqımız və millətimiz üçün xeyirli-uğurlu olmasını diləyiblər.

Paylaş: