Yaponiyada 2024-cü ildə doğum sayında antirekord qeydə alınıb
2024-cü ildə Yaponiyada doğulan uşaqların sayında antirekord qeydə alınıb. Bu, müvafiq statistikanın aparıldığı 1899-cu ildən bəri ən aşağı göstəricidir.
Fhnews.az xəbər verir ki, Yaponiya Səhiyyə, Əmək və Rifah Nazirliyinin məlumatına görə, il ərzində ölkədə 686 min 61 uşaq dünyaya gəlib və bu, 2023-cü ildəki göstəricidən 41 min nəfər azdır.
Statistikaya yalnız ölkədə yaşayan yaponlar daxil edilib. Fevral ayında dərc olunan statistikaya əsasən, Yaponiyada yaşayan əcnəbilər və xaricdə yaşayan yaponlar da daxil olmaqla, 2024-cü ildə doğulan körpələrin sayı 720 mindən çoxdur.
Qeyd edək ki, Yaponiyada doğum sayı artıq doqquzuncu ildir ki, mütəmadi olaraq azalır. Bu, eyni zamanda, ölkədə qocalma tendensiyası ilə müşayiət olunur. Hazırda Yaponiyada 15-64 yaş arasında olan əmək qabiliyyətli əhalinin sayı 60 faizə yaxındır.
Qəhvə qəbulu qadınlarda sağlam qocalmaya...
Avstraliyada QİÇS-ə qarşı dərman...
Topqapı sarayından 200 illik Kəbə...
Kanadada meşə yanğınları davam edir...
Qazaxıstanda çəyirtkələrin yayılma...