6 iyun 2025, cümə Bakı, 22°C
IMG-LOGO

UNEC beynəlxalq reytinqdə ciddi yüksəliş əldə edib

04-06-2025
IMG

Azərbaycan Dövlət İqtisad Universiteti (UNEC) növbəti dəfə beynəlxalq miqyasda mühüm uğura imza atıb.

Universitetdən bildirilib ki, “Round University Rankings 2025” reytinqinə əsasən, UNEC 2022-ci illə müqayisədə dünyada 960-cı yerdən 855-ci yerə yüksəlib. Bu nəticə ilə İqtisad Universiteti ölkə üzrə ikinci yerdədir.

UNEC-in topladığı ümumi bal 42631 olmaqla son 3 ildə 12326 bal və yaxud 40 faizə yaxın artıb.

Paylaş: