Alimlərin fikrincə, dünyadakı buzlaqların 40 %-i əriyəcək
Yeni araşdırmaya görə, buzlaqların 2020-ci ilə nisbətən kütləsinin 39 faizini itirəcəyi və bunun indi qarşısıalınmaz bir proses olduğu bildirilib. Bu ərimə dəniz səviyyəsinin təxminən 11 santimetr qalxmasına səbəb olacaq. Tədqiqata Avstriyanın İnsbruk Universitetindən Lilian Şuster rəhbərlik edib. Şusterin fikrincə, hər 0,1 dərəcə istiləşmə buzlaqlardan 2 faiz daha çox itki deməkdir.Alimlər ən çox risk altında olan ərazilərin ABŞ, Qərbi Kanada, Şimal-Şərqi Kanada, Skandinaviya və Rusiya Arktikası olduğunu açıqlayıb.
Astronomlar qrupu kiçik ulduz orbitində...
Rusiyanın Voronej vilayətinin cənubunda...
Tailand bu il turistlərin ölkədə vizasız...
Türkiyə Prezidenti ekoloji böhran...
BMT okeanların kritik vəziyyətini...