Paris Olimpiadasında yer tutan Azərbaycan idmançılarının yararsız hala düşən medalları mərhələli şəkildə dəyişdiriləcək
“Paris-2024” Yay Olimpiya Oyunlarında yer tutan Azərbaycan idmançılarının yararsız hala düşən medalları mərhələli şəkildə dəyişdiriləcək.
Bu barədə Azərbaycan Milli Olimpiya Komitəsinin mətbuat katibi Murad Fərzəliyev məlumat verib.
Onun sözlərinə görə, artıq prosesə start verilib: "Bu məsələ ilə bağlı tez-tez Fransa tərəfi ilə əlaqə saxlayırıq. Bizə bildirdilər ki, artıq proses başlayıb. İlk növbədə fransalı idmançıların medalları dəyişdiriləcək. Proses mərhələli şəkildə aparılacaq. Hələlik dəqiq tarix barədə məlumat verilməyib".
Qeyd edək ki, "Paris-2024"də mükafat qazanan yeddi idmançımızdan beşinin medalında nəzərəçarpan dərəcədə dəyişiklik baş verib. Cüdo üzrə Olimpiya çempionu Hidayət Heydərov (73 kiloqram) və sərbəst güləş üzrə bürünc mükafatçı Maqomedxan Maqomedovdan (97 kiloqram) başqa, cüdo üzrə Olimpiya çempionu Zelim Kotsoyevin (100 kiloqram) qızıl, taekvondoçu Qaşım Maqomedovun (58 kiloqram), boksçu Alfonso Dominqesin (92 kiloqram) gümüş, yunan-Roma güləşçisi Həsrət Cəfərov (67 kiloqram) və sərbəst güləşçi Giorgi Meşvildişvilinin (125 kiloqram) bürünc medalları keyfiyyətini itirib.
Azərbaycan voleybol millisi Avropa Gümüş...
Azərbaycanın qadın cüdoçuları beynəlxalq...
Azərbaycan güləş yığmalarının Avropa...
Bakıda “Üzgüçülük hamı üçün” layihəsi...
Bakıda keçiriləcək UFC turnirinin ulduz...