6 iyun 2025, cümə Bakı, 22°C
IMG-LOGO

Yamaykanın Baş naziri Endryu Holnessdən

03-06-2025
Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə
Zati-aliləri.
 
Ölkənizin Müstəqillik Gününün 107-ci ildönümü münasibətilə Yamayka Hökuməti və xalqı adından Azərbaycan Hökumətinə və xalqına ən səmimi təbriklərimi çatdırıram.
 
Yamayka 1995-ci ildə diplomatik əlaqələrin qurulmasından bəri Azərbaycan ilə mövcud olan dostluq münasibətlərini yüksək qiymətləndirir və qarşıdakı illərdə əməkdaşlığı daha da möhkəmləndirməyə ümid edir.
 
Zati-aliləri, xahiş edirəm, Azərbaycan Hökumətinə və xalqına davamlı sülh və firavanlıq arzularımı qəbul edin.
 
Hörmətlə,
Endryu Holness
Yamaykanın Baş naziri
Paylaş: