6 iyun 2025, cümə Bakı, 23°C
IMG-LOGO

Almaniyada 2 ton bomba aşkar edilib

04-06-2025
IMG

Almaniyanın Köln şəhəri İkinci Dünya Müharibəsindən qalan üç aktiv bomba aşkar edildikdən sonra həyəcan vəziyyətinə gətirilib. Kölndə İkinci Dünya Müharibəsindən sonra ən böyük təxliyə başlayıb. Almaniyanın Köln şəhərində İkinci Dünya Müharibəsindən qalma üç partlamamış bomba tapılıb. Səlahiyyətlilər şəhər tarixindəki ən böyük təxliyə əməliyyatının başlayacağını açıqlayıb. Bazar ertəsi tapılan ikisinin çəkisi 1 ton, birinin çəkisi 500 kiloqram olan Amerika istehsalı bombalar səbəbindən 1 kilometr enində “təhlükə zonası” yaradılıb.

Təxminən 20 min insan evlərini və iş yerlərini tərk etmək məcburiyyətində qalıb, otellər, qocalar evi və xəstəxana evakuasiya edilib. Reyn üzərindəki üç körpü bağlanıb, dəmir yolu hərəkəti dayandırılıb və ya istiqaməti dəyişdirilib.

Şəhərin köhnə şəhəri tamamilə dayandıqdan sonra bir çox məktəb, uşaq bağçası, muzey, tramvay şəbəkəsi və şəhər filarmonik orkestri də bağlanmağa məcbur oldu.

Paylaş: