6 iyun 2025, cümə Bakı, 23°C
IMG-LOGO

Hindistanda güclü yağışlar 44 nəfərin həyatına son qoyub

04-06-2025
IMG

Hindistanın şimal-şərqindəki əyalətlərdə yağan güclü yağışların səbəb olduğu təbii fəlakətlərdə həyatını itirənlərin sayının 44-ə yüksəldiyi bildirilib. Hindistanın NDTV kanalının xəbərinə görə, ölkədə leysan yağışları mövsümündə başlayan şiddətli yağışların yaratdığı torpaq sürüşmələri və daşqınlar həyata mənfi təsir edir. Ölkənin şimal-şərqində yerləşən Assam, Arunaçal Pradeş, Meqalaya, Manipur, Tripura, Naqaland və Mizoram əyalətlərində güclü yağışların yaratdığı fəlakətlərdə həyatını itirənlərin sayı 44-ə yüksəlib. Güclü yağışlar 1500-dən çox kəndə ziyan vurub, 14739 hektardan çox kənd təsərrüfatı sahəsinə ziyan dəyib. Hindistan Meteorologiya İdarəsi bölgədə leysan yağışların yaxın günlərdə də davam edəcəyi barədə xəbərdarlıq edib. Qeyd edək ki, hər il iyun-sentyabr ayları arasında təsirli olan musson yağışları ölkədə insan tələfatı və maddi ziyana səbəb olur.

Paylaş: