Hərbi hissələrdə gənc əsgərlərlə görüşə müvəqqəti məhdudiyyət qoyulub
Havaların qeyri-sabit keçməsi səbəbindən respirator xəstəliklərə, o cümlədən hazırda ölkə ərazisində yayılmış mövsümi qrip infeksiyasına yoluxma hallarında artım müşahidə olunur. Bununla əlaqədar şəxsi heyətin sağlamlığının qorunması məqsədilə hərbi hissələrdə xüsusilə adaptasiya dövründə olan gənc əsgərlərlə görüşə müvəqqəti məhdudiyyət qoyulub.
Bu barədə Müdafiə Nazirliyinin Mətbuat və ictimaiyyətlə əlaqələr idarəsindən bildirilib.
"Hərbi hissələrdə komandir-rəis heyəti və hərbi tibb personalı tərəfindən hərbi qulluqçuların səhhətinin diqqət mərkəzində saxlanılması üçün effektiv qabaqlayıcı tədbirlər görülür, bütün növ təminat yüksək səviyyədə təşkil olunur. İctimaiyyətdən hərbi qulluqçularımızın sağlamlığına həssaslıqla yanaşmağı, qeyd olunan məhdudiyyəti anlayışla qarşılamağı, qarşıdan gələn Qurban bayramı və istirahət günlərində hərbi hissələrə gəlməməyi xahiş edirik", - deyə məlumatda qeyd edilib.
Hərbi hissələrdə gənc əsgərlərlə görüşə...
NATO-nun mobil təlim qrupu ilə treninq...
Azərbaycan və Serbiya hərbi...
Raket-artilleriya batareyalarının döyüş...
ƏÜO-da hərbi vəzifəlilərlə növbəti təlim...