6 iyun 2025, cümə Bakı, 22°C
IMG-LOGO

Yayda enerji istehlakının və xərcinin necə azaldıla biləcəyi mövzusunda vebinar keçiriləcək
 

05-06-2025
IMG

İyunun 10-da Energetika Nazirliyinin təşkilatçılığı ilə “Sərin qal, az ödə: Yay aylarında enerji səmərəli soyutma” mövzusunda vebinar keçiriləcək.

Nazirlikdən bildirilib ki, vebinarda Energetika Nazirliyinin sektor müdiri Əli Salmanlı tərəfindən yay aylarında məişət və qeyri-yaşayış sahələrində soyutma sistemlərinin düzgün istifadəsi, kondisioner seçimi və istifadəsində enerji səmərəliliyi prinsipləri, təbii ventilyasiya imkanları, izolyasiya tədbirləri və sadə davranış dəyişikliyi ilə enerji istehlakının və xərcinin necə azaldıla biləcəyi barədə ətraflı məlumat veriləcək, iştirakçıların sualları cavablandırılacaq.

Onlayn seminarda iştirak etmək istəyənlər iyunun 10-da saat 14:30-da Energetika Nazirliyinin feysbuk sosial şəbəkəsindəki rəsmi səhifəsi vasitəsilə vebinara qatıla bilərlər.

Paylaş: