Cüdo üzrə Azərbaycan millisi dünya çempionatına hazırlığı davam etdirir
Kişi cüdoçulardan ibarət Azərbaycan millisi dünya çempionatına hazırlığın son mərhələsini Bakıda davam etdirir.
Cüdo Federasiyasından verilən məlumata görə, cüdoçular Milli Komandaların Təlim-Məşq Mərkəzində gün ərzində iki dəfə olmaqla intensiv məşqlərə cəlb olunublar. Məşqlərin birinci hissəsi fiziki, ikinci mərhələsi isə texniki-taktiki hazırlıqdan ibarətdir.
Toplanışa performans direktoru, kişilərdən ibarət yığmanın baş məşqçisi Riçard Trautman, böyük məşqçilər Elxan Məmmədov, Elçin İsmayılov, Robert Kravçik və Slavko Tekiç rəhbərlik edirlər.
Qeyd edək ki, cüdo üzrə böyüklər arasında dünya çempionatı 13–20 iyun tarixlərində Macarıstanın paytaxtı Budapeştdə keçiriləcək. Azərbaycanı bu mötəbər turnirdə 10 çəki dərəcəsində 13 cüdoçu (9 kişi, 4 qadın) fərdi yarışlarda təmsil edəcək. Yığmamız, həmçinin qarışıq komanda yarışında da qüvvəsini sınayacaq.
Azərbaycan voleybol millisi Avropa Gümüş...
Azərbaycanın qadın cüdoçuları beynəlxalq...
Azərbaycan güləş yığmalarının Avropa...
Bakıda “Üzgüçülük hamı üçün” layihəsi...
Bakıda keçiriləcək UFC turnirinin ulduz...