6 iyun 2025, cümə Bakı, 23°C
IMG-LOGO

Pedaqoji Universitetin rektoru imtahanların gedişi ilə tanış olub

04-06-2025
IMG

Azərbaycan Dövlət Pedaqoji Universitetində (ADPU) yaz semestrinin imtahan sessiyasına start verilib.

ADPU-dan  bildirilib ki, iyunun 4-də rektor professor Cəfər Cəfərov universitetdə yaz semestrinin imtahan sessiyasının gedişini izləyib.

Rektor İmtahan Qərargahı və Apellyasiya Komissiyasının işi, eyni zamanda, imtahan nəticələrinin yoxlanılması prosesi ilə tanış olub.

ADPU-da yaz semestrinin imtahan sessiyası yazılı və şifahi formada təşkil edilir və iyulun 4-dək davam edəcək. Sessiyada 9344 bakalavr, 585 magistrant olmaqla ümumilikdə 10 minədək təhsilalanın iştirakı gözlənilir.

Paylaş: