6 iyun 2025, cümə Bakı, 22°C
IMG-LOGO

Nigeriyada leysan yağışların səbəb olduğu daşqınlarda 500-dən çox insan itkin düşüb

04-06-2025
IMG

Mayın 29-da Niger əyalətinin Mokva bölgəsində güclü yağışların səbəb olduğu daşqınlarda 500-dən çox adam itkin düşüb. Ümumdünya Səhiyyə Təşkilatı  X sosial media hesabından məsələ ilə bağlı açıqlama verərək bildirib ki,  ÜST potensial epidemiyalara və digər sağlamlıq təhdidlərinə qarşı ictimai sağlamlıq riski qiymətləndirməsi aparır və ilkin səhiyyə xidmətini dəstəkləmək üçün təcili tibbi ləvazimatlar və avadanlıqlar hazırlayır. Mokva regional direktorunun müavini Musa Kimboku bildirib ki, mayın 29-da Niger əyalətinin Mokva şəhərində güclü yağışın səbəb olduğu daşqınlar nəticəsində ölənlərin sayı 200-ü keçib.

Kimboku daşqınlarda həyatını itirənlər üçün kütləvi dəfn mərasiminin keçirildiyini bildirib. Kimboku artıq sağ qalanların olmadığına görə xilasetmə işlərinin dayandırıldığını və xəstəliyin yayılmasının qarşısını almaq üçün bölgədə tədbirlərin görüldüyünü bildirib.

Paylaş: