İqtisadiyyat Nazirliyində "Saipem S.p.A." şirkəti ilə əməkdaşlığın perspektivləri barədə fikir mübadiləsi aparılıb
İqtisadiyyat naziri Mikayıl Cabbarov İtaliyanın "Saipem S.p.A." şirkətinin baş icraçı direktoru və baş meneceri Alessandro Puliti ilə görüşüb.
Fhnews.az nazirliyin yaydığı məlumata istinadən xəbər verir ki, görüşdə Azərbaycanın təşəbbüsü və fəal iştirakı ilə reallaşdırılan layihələrin enerji təhlükəsizliyinin təmin edilməsində rolu və bu istiqamətdə xarici tərəfdaşlarla səmərəli əməkdaşlığı vurğulanıb.
"Saipem S.p.A." şirkətinin ölkəmizdə enerji sektorunda uzunmüddətli fəaliyyəti və yerli şirkətlərlə tərəfdaşlığı qeyd olunub. Bildirilib ki, “Saipem S.p.A.” texnoloji innovasiyalara önəm verir və Azərbaycanla əməkdaşlığın genişləndirilməsində maraqlıdır.
Tərəflər Azərbaycanın qlobal enerji keçidində mövqeyi, bu sahədə həyata keçirilən layihələr və şirkətlə əməkdaşlığın perspektivləri barədə fikir mübadiləsi aparıblar.
Antiinhisar və İstehlak Bazarına Nəzarət...
Ölkədə enerji menecmenti sahəsində yeni...
Azərbaycan-Çin İqtisadi və ticarət...
“Biletim.az” portalı üzərindən onlayn...
“Yaşıl nəqliyyat”a keçid ekoloji yükü...