6 iyun 2025, cümə Bakı, 22°C
IMG-LOGO

“Azərkosmos” ICESCO-nun qrant müsabiqəsinin qalibi olub

03-06-2025
IMG

Azərbaycan Respublikasının Kosmik Agentliyi (“Azərkosmos”) İslam Dünyası Elm, Təhsil və Mədəniyyət Təşkilatı (ICESCO) tərəfindən keçirilən beynəlxalq qrant müsabiqəsində qalib olub.

Fhnews.az xəbər verir ki, bu barədə “Azərkosmos”dan məlumat verilib. “Azərkosmos” kosmik tibb üzrə elmi-praktik təlimdə sıfır cazibə qüvvəsi çəkisi altında tibbi təcrübənin öyrənilməsi üzrə nəzəri və praktiki kurs təqdim edib. Təlimdə mövzular arasında, həmçinin peyk texnologiyaları və qabaqcıl həllər, kosmik tibb, mikroqravitasiya və qravitasiya, kosmosda cərrahiyə, əzələ və sümük toxumasının tənzimlənməsi, qan dövranı və digər tibbi aspektlər yer alıb.

Qeyd edək ki, müasir elm kosmik tibbi yalnız cazibə qüvvəsi şəraitində öyrənir. “Azərkosmos” bu sahədə həyata keçirdiyi innovasiyalara görə Ərəb Körfəz Universiteti və ICESCO tərəfindən fəxri mükafatla təltif olunub.

 

Paylaş: