6 iyun 2025, cümə Bakı, 23°C
IMG-LOGO

Bakıda “Üzgüçülük hamı üçün” layihəsi keçirilir

04-06-2025
IMG

Bakıda Türk Dövlətləri Təşkilatına üzv və müşahidəçi ölkələr arasında “Üzgüçülük hamı üçün” layihəsi keçirilir.

Fhnews.az xəbər verir ki, Bakı Su İdmanı Sarayında təşkil olunan tədbirdə ilk günün qalibləri mükafatlandırılıb.

Yarışlarda 30–34, 35–39, 40–44, 45–49, 50–54, 55–59, 60 və yuxarı yaş qruplarından olan iştirakçılar öz bacarıqlarını nümayiş etdiriblər.

Mükafatları gənclər və idman naziri Fərid Qayıbov, Azərbaycan Üzgüçülük Federasiyasının vitse-prezidenti Xaliq İldırımzadə və digər rəsmi şəxslər təqdim ediblər.

Yarışda Azərbaycan və Türkiyədən olan idmançılar iştirak edirlər.

Layihənin məqsədi üzgüçülüyün kütləviliyini artırmaq, sağlam həyat tərzini təşviq etmək və iştirakçı ölkələr arasında dostluq əlaqələrini möhkəmləndirməkdir.

Qeyd edək ki, Gənclər və İdman Nazirliyi, Azərbaycan Üzgüçülük Federasiyasının birgə əməkdaşlığı ilə təşkil olunan yarışa iyunun 5-də yekun vurulacaq.

Paylaş: