6 iyun 2025, cümə Bakı, 22°C
IMG-LOGO

Sabirabadda veloyürüşə 100-ə yaxın velosipedçi qoşulub

03-06-2025
IMG

3 İyun - Dünya Velosiped Günü münasibətilə Sabirabad rayonunda veloyürüş keçirilib.

Fhnews.az xəbər verir ki, Sabirabad Gənclər Evinin qarşısından başlayaraq 4 kilometr məsafəni əhatə edən marşrut Kür və Araz çaylarının qovuşduğu məkanda başa çatıb. Finiş nöqtəsində yürüş iştirakçıları ilə birlikdə tədbir keçirilib.

Yürüşdə 100-ə yaxın həvəskar velosipedçi, həmçinin şəhər sakinləri iştirak ediblər. Kütləvi idman tədbirinin təşkilində məqsəd velosiped idman növünün əhali arasında tanıdılması, sağlam həyat tərzinin təbliği və bu nəqliyyat vasitəsindən istifadə etməklə ətraf mühitin qorunmasıdır.

Paylaş: