AQTA bitkiçilik məhsullarının ixracı ilə məşğul olan sahibkarlara müraciət edib
Son günlər Rusiya Federasiyasına ixrac olunan bir sıra bitkiçilik məhsulları ilə bağlı bu ölkənin Baytarlıq və Fitosanitar Nəzarəti Federal Xidməti tərəfindən Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinə (AQTA) müvafiq bildirişlər daxil olub.
AQTA-dan verilən məlumata görə, məhsullarında uyğunsuzluq aşkarlanması ilə bağlı bildiriş daxil olan müəssisələrə fitosanitar sertifikatın verilməsi prosesi Agentlik tərəfindən dayandırılıb, həmin təsərrüfatlarda monitorinqlərə başlanılıb.
AQTA bununla bağlı bitkiçilik məhsullarının ixracı ilə məşğul olan sahibkarlara müraciət edərək bildirir ki, ixrac zamanı məhsulların idxalçı ölkənin fitosanitar tələblərinə uyğunluğuna, həmçinin qablaşdırma və etiketlənmə ilə bağlı tələblərə ciddi şəkildə əməl edilməlidir.
Sahibkarlar bununla bağlı hər hansı peşəkar dəstək və metodiki köməklik üçün AQTA-nın 1003 “Çağrı Mərkəzi” və ya (012) 377-00-77 (daxili 238, 215) telefon nömrələri ilə əlaqə saxlaya bilərlər.
Leyla Əliyevanın təşəbbüsü ilə Yevlaxda...
Bakıda Qurban bayramı münasibətilə...
“Təmiz Şəhər” ASC-nin təşəbbüsü...
Qurban bayramı: Səxavət, yardımlaşma və...
Şamaxıda zəlzələ olub...