Azərbaycan Qazaxıstanda keçirilən irimiqyaslı ticarət forumunda iştirak edəcək
İyunun 11-dən 13-dək Astanada ilk Beynəlxalq “EXPOGOODS CENTRAL ASIA Expoforum”u keçiriləcək.
Fhnews.az Qazaxıstanın Ticarət və İnteqrasiya Nazirliyinin mətbuat xidmətinə istinadla xəbər verir ki, EXPOGOODS CENTRAL ASIA - Mərkəzi Asiya, MDB, Yaxın Şərq, Asiya və Avropa ölkələri arasında ticarət-iqtisadi əlaqələrin inkişafı üçün əsas sənaye platformasına çevrilmək üçün nəzərdə tutulmuş irimiqyaslı tədbirdir.
Forum Azərbaycan, Belarus, İran, Çin, Qırğızıstan, Birləşmiş Ərəb Əmirlikləri, Pakistan, Rusiya, Türkiyə, Türkmənistan, Özbəkistan və Avropa İttifaqı da daxil olmaqla çox sayda ölkədən iştirakçıları bir araya gətirəcək. Tədbir əməkdaşlığın gücləndirilməsi, ixrac-idxal fəaliyyətinin stimullaşdırılması və regionda işgüzar tərəfdaşlıq əlaqələrinin genişləndirilməsi məqsədi daşıyır.
Forum çərçivəsində plenar iclas, panel müzakirələri və dövlət qurumlarının nümayəndələri, biznes nümayəndələri və beynəlxalq ekspertlərin iştirakı ilə “CEO Talks” daxil olmaqla zəngin işgüzar proqram nəzərdə tutulub. İştirakçılar beynəlxalq ticarətin, logistikanın, pərakəndə satışın rəqəmsallaşması və digər mövzuları müzakirə edəcəklər.
Azərbaycan Qazaxıstanda keçirilən...
Antiinhisar və İstehlak Bazarına Nəzarət...
Ölkədə enerji menecmenti sahəsində yeni...
Azərbaycan-Çin İqtisadi və ticarət...
“Biletim.az” portalı üzərindən onlayn...