Qvatemalada Fueqo vulkanı püskürüb
Dünyanın ən aktiv vulkanlarından biri hesab edilən Qvatemaladakı Fueqo vulkanında püskürmə baş verib. Vulkan metrlər hündürlüyündə kül səpib, kül buludları isə təxminən 5 kilometr yüksəkliyə çatıb.
“INSIVUMEH” seysmoloji agentliyi Antiqua Qvatemala şəhər mərkəzindən təxminən 18 kilometr aralıda olan vulkanın kraterinin ətrafında təxminən 1,2 kilometr uzunluğunda lava axınının olduğunu bildirib. Vulkanik fəaliyyətlə əlaqədar ehtiyat tədbiri olaraq 700-dən çox insan evlərindən təxliyə edilib.
Xatırladaq ki, 2018-ci ildə 3763 metr hündürlüyündə olan Fueqo vulkanının püskürməsi 215 nəfərin həyatına son qoymuşdu.
Atmosfer susuzluğu quraqlığın artmasının...
Almaniyada avtomobil bir qrup insanı...
Britaniyalı rəssamın itmiş tablosu 150...
Almaniyada orqan donorluğu ilə bağlı...
Astronomlar Böyük Partlayışdan sonrakı...