7 iyun 2025, şənbə Bakı, 21°C
IMG-LOGO

Kür çayının Salyan məntəqəsində suyun səviyyəsində 45 santimetr artım qeydə alınıb

07-06-2025
IMG

Avtomat hidroloji stansiyaların iyunun 7-si saat 9:00-a olan məlumatına əsasən bir neçə gündür bölgələrdə davam edən intensiv yağıntılar ilə əlaqədar bəzi çaylarda sululuq artıb.

Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, Böyük Qafqaz ərazisindən axan Qarasuçayda 63, Vəlvələçayda 12, Qudiyalçayda 5, Katexçayda 3, Kiçik Qafqaz ərazisindən axan Əsrikçayda 4, Kürəkçayda 3, Zəyəmçayda 2, Qarabağ və Şərqi-Zəngəzur bölgəsindən axan Quruçayda 11, Tərtərçayda 5, Tutqunçayda 3, Kür çayının aşağı axınında Kür-Zərdabda 10, Kür-Surra və Kür-Bankədə 11, Kür-Şirvanda 20, Kür-Salyanda isə 45 santimetr artım qeydə alınıb.

Paylaş: