Mərkəzi Bank ötən il 15 milyard manatlıq səhm və istiqrazı dövlət qeydiyyatına alıb
2024-cü ildə Mərkəzi Bank tərəfindən 15 milyard 114,4 milyon manat məbləğində səhm və istiqrazların dövlət qeydiyyatı aparılıb.
Fhnews.az Mərkəzi Banka istinadla xəbər verir ki, eyni zamanda, korporativ qiymətli kağızların kütləvi təklifi üzrə ümumi məbləği 2 milyard 333,6 milyon manat olan 62 emissiya prospekti və 3 informasiya memorandumu təsdiq edilib.
Hesabat ilində qiymətli kağızlar bazarında ticarət dövriyyəsinin ümumi həcmi 2023-cü illə müqayisədə 2,6 dəfə artaraq 72 milyard 473 milyon manat təşkil edib. Bakı Fond Birjasında (BFB) korporativ qiymətli kağızlar üzrə səhm bazarında 29 faiz, korporativ istiqraz bazarında 54 faiz və dövlət istiqrazları bazarında 29 faiz artım qeydə alınıb. Hesabat ilində BFB-da aparılmış əməliyyatların həcmi 71 milyard 156 milyon manat təşkil edib və korporativ istiqrazların kütləvi təklif üsulu ilə fond birjasında yerləşdirilməsi üzrə müsbət dinamika davam edib. Belə ki, 2024-cü ildə BFB-də korporativ qiymətli kağızların ümumi ticarət dövriyyəsi 2023-cü illə müqayisədə 53 faiz artaraq 2 milyard 370 milyon manata çatıb.
2024-cü ildə dövlət qiymətli kağızları bazarında aparılan əməliyyatların həcmi 7 milyard 864 milyon manat təşkil edib. İl ərzində Mərkəzi Bankın notları ilə BFB-də 93 hərrac keçirilib, notlarla aparılan bazar əməliyyatların həcmi 2023-cü ilə nəzərən 49 faiz azalaraq 1 milyard 988 milyon manat olub. Dövlət istiqrazlarının yerləşdirilməsi üzrə BFB-də 58 hərrac keçirilib. Dövlət istiqrazlarının ilkin bazarının həcmi 2023-cü ilə nəzərən 28 faiz artaraq 4 milyard 790 milyon manata yüksəlib. Tədavüldə olan dövlət istiqrazlarının həcmi 47 faiz artaraq 9 milyard 353 milyon manata çatıb.
Azərbaycan Qazaxıstanda keçirilən...
Antiinhisar və İstehlak Bazarına Nəzarət...
Ölkədə enerji menecmenti sahəsində yeni...
Azərbaycan-Çin İqtisadi və ticarət...
“Biletim.az” portalı üzərindən onlayn...