6 iyun 2025, cümə Bakı, 22°C
IMG-LOGO

bp ilə əməkdaşlığın inkişafı müzakirə edilib

03-06-2025
IMG

İqtisadiyyat naziri Mikayıl Cabbarov və SOCAR-ın prezidenti Rövşən Nəcəf 30-cu Bakı Enerji Həftəsində iştirak etmək üçün ölkəmizdə səfərdə olan bp şirkətinin hasilat və əməliyyatlar üzrə icraçı vitse-prezidenti Qordon Birrellə görüşüblər.

Fhnews.az nazirliyin yaydığı məlumata istinadən xəbər verir ki, bp-nin Azərbaycanın enerji sektorundakı uzunmüddətli fəaliyyəti, həmçinin bərpaolunan enerji layihələrində iştirakı vurğulanıb. Şirkətin Azərbaycanda həyata keçirdiyi cari əməliyyatlar, potensial layihələr barədə məlumat verilib.

Görüşdə bp-nin Azərbaycanda həyata keçirdiyi birgə layihələrdə səmərəliliyin artırılması müzakirə edilib. İnnovativ texnologiyaların və rəqəmsal həllərin tətbiqi imkanları və bu sahədə təcrübə mübadiləsi ilə bağlı fikir mübadiləsi aparılıb.

 

Paylaş: