6 iyun 2025, cümə Bakı, 22°C
IMG-LOGO

Qətər Dövlətinin Əmiri Şeyx Təmim bin Həməd Al Tanidən

03-06-2025

Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə

Zati-aliləri.

Azərbaycan Respublikasının Müstəqillik Gününün ildönümü münasibətilə Sizə və xalqınıza Qətər Dövlətinin xalqı adından və şəxsən öz adımdan səmimi salamlarımızı və təbriklərimizi çatdırıram.

Zati-alinizə möhkəm cansağlığı və xoşbəxtlik, Azərbaycan xalqına daha da çox firavanlıq və tərəqqi diləyirəm.

Həmçinin ölkələrimiz arasında mövcud olan sıx münasibətlərin qarşıdakı illərdə möhkəmlənməkdə davam etməsini arzulayıram.

Dərin hörmətlə,

Şeyx Təmim bin Həməd Al Tani

Qətər Dövlətinin Əmiri

Paylaş: