Azərbaycanın 6 boksçusu beynəlxalq turnirdə iştirak edir
Qazaxıstanın Türküstan şəhərində gənc boksçular arasında beynəlxalq turnirə start verilib.
Azərbaycan Boks Federasiyasından verilən məlumata görə, iyunun 6-dək davam edəcək yarışda Azərbaycan millisi də qüvvəsini sınayacaq.
Yığma heyətində məşqçi İlkin Seyfəddinovun rəhbərliyi altında Hikmət Məmmədov (50 kiloqram), Əli Məmmədov, Zakir Həsənzadə (hər ikisi 55 kiloqram), Vüsal Xəlilov (65 kiloqram), Renat Qiyaslı (75 kiloqram) və Kənan Nəcəfov (+90 kiloqram) mübarizə aparacaqlar.
Zəngilanda ilk dəfə veloyürüş keçirilib...
Paris Olimpiadasında yer tutan...
Cüdo üzrə Azərbaycan millisi dünya...
Azərbaycanın akrobatika gimnastları...
Azərbaycanı kamandan oxatma üzrə Dünya...