Azərbaycan Turizm və Menecment Universiteti növbəti dəfə beynəlxalq reytinq siyahısında
RUR – “Round University Ranking” beynəlxalq reytinq agentliyi 2025-ci il üçün dünya universitetlərinin növbəti reytinq nəticələrini açıqlayıb.
Açıqlanan siyahıya əsasən, Azərbaycan Turizm və Menecment Universiteti (ATMU) bu nüfuzlu beynəlxalq reytinqdə ilk dəfə yer alaraq mühüm uğura imza atıb.
Universitetdən bildirilib ki, RUR-un 2025-ci il reytinqində Azərbaycanın 15 ali təhsil müəssisəsi arasında ATMU ilk 7-likdə qərarlaşıb.
ATMU dünya universitetləri arasında isə 1114-cü sıradadır.
Qeyd edək ki, “Round University Ranking” qiymətləndirmə sistemində universitetlər tədrisin keyfiyyəti (40%), tədqiqatın keyfiyyəti (40%), beynəlmilləşmə (10%) və maliyyə dayanıqlılığı (10%) olmaqla 20 əsas parametr üzrə qiymətləndirilir.
ATMU-nun bu reytinqdə yer alması universitetin son illərdə əldə etdiyi nəticələrin göstəricisi kimi qiymətləndirilir.
Folklor İnstitutunun direktoru Qarabağ...
DİA-da Türkiyənin tanınmış...
Qiymətləndirmə fəaliyyəti ilə məşğul...
Uşaqların I sinfə elektron qəbulu...
Təhsil müəssisələrində “İnsan hüquqları...